“Real” fransalı müdafiəçinin transferini nəzərdən keçirir

“Liverpul”un müdafiəçisi İbrahima Konate yaxın vaxtlarda klubunu dəyişə bilər.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Real” 26 yaşlı futbolçuya maraq göstərir və onu transfer etmək variantını iki fərqli ssenari ilə nəzərdən keçirir.

Madrid klubu ya bu yay Konatenin transferi üçün müəyyən ödəniş təklif edəcək, ya da 2026-cı ildə, müqaviləsinin müddəti başa çatdıqda onu azad agent statusunda heyətinə qatmağa çalışacaq. Onlar bu prosesdə səbr göstərməyə hazırdır.

Daha əvvəl Konatenin “Liverpul” rəhbərliyini yay fasiləsində komandadan ayrılmaq istədiyi barədə məlumatlandırdığı bildirilmişdi.

Fransalı futbolçu 2021-ci ilin yayında “Liverpul”a keçib. O, 2024/25 mövsümündə bütün turnirlərdə 42 oyun keçirib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button