“Real”ın kapitanı azı 3 oyunu buraxacaq

Futbol üzrə İspaniya millisinin və Madrid “Real”ının kapitanı Serxio Ramosun zədələndiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 34 yaşlı müdafiəçi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində qarşılaşdıqları Almaniya ilə matçın 43-cü dəqiqəsində bud nahiyəsindən xəsarət almışdı.

Futbolçu bu gün ətraflı tibbi müayinədən keçib. “Real”ın rəsmi saytının yaydığı məlumata görə, Ramos bir müddət komandaya kömək edə bilməyəcək. Kapitanın “Vilyarreal”, “İnter” və “Alaves”lə görüşləri buraxacağı bildirilir. Onun ən yaxşı halda dekabrın 1-də keçiriləcək “Şaxtyor”la görüşdə iştirakı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button