“Real”ın hücumçusu növbəti dəfə irqçiliyə məruz qalıb

“Real”ın hücumçusu Vinisius Junior növbəti dəfə irqçiliyə məruz qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə “Real”ın səfərdə “Sevilya” ilə heç-heçə (1:1) etdiyi La Liqanın 10-cu tur oyununda baş verib.

Azarkeşlərdən biri 23 yaşlı hücumçunu təhqir edib. Həmin fanat daha sonra tribunadan uzaqlaşdırılıb. “Sevilya” klubu həmin şəxsə digər intizam cəzaları veriləcəyini də diqqətə çatdırıb.

Vinisius Junior ötən mövsümdə də bir neçə dəfə eyni halla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button