“Real”ın futbolçusu üzr istədi

“Real”ın hücumçusu Vinisius Junior İspaniya çempionatının 31-ci turunun “Jirona” ilə matçında (2:4) uduzmalarının səbəbini açıqlayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu məğlubiyyətə görə üzr də istəyib:

“Komandamız birinci hissədə çox əsəbi idi, bu, bizə çox təsir etdi. Vəziyyəti düzəltməyə çalışdıq. Biz komanda şəklində, bütövlükdə oynamalıyıq, o zaman istənilən rəqibə qalib gələ bilərik. Pis gecə idi, üzr istəyirik. Yenidən komanda şəklində oynamağa başlamalıyıq”.

“Jirona” La Liqada 9-cu pilləyə yüksəlib. “Real” isə 65 xalla ikinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button