“Real” Ramosla razılığa gələ bilmir
“Real”ın futbolçusu Serxio Ramosla yeni müqavilə imzalamaq istədiyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, “kral klubu” kapitanıyla hələ razılaşa bilməyib. Bu barədə “Marca” nəşri məlumat yayıb.
“Real” Ramosa bir illik müqavilə təklif etsə də, müdafiəçi daha uzunmüddətli sözləşmə istəyir. Tərəflər müqavilənin müddəti məsələsində hələ ki, razılığa gələ bilmir.
Ramosun hazırkı müqaviləsi 2021-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin