Ramosun meneceri İngiltərə klubunun nümayəndələri ilə görüşəcək – bu həftə
“Real”ın futbolçusu Serxio Ramos karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə “Mançester Yunayted” klubu maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə, Ramosun menecerinin bu həftə İngiltərəyə gedərək, “Mançester Yunayted”in rəsmiləri ilə görüşəcəyi bildirilib. Bundan başqa, “qırmızı şeytanlar”ın Ramosa həftəlik 200 min funt-sterlinq ödəməyə hazır olduğu qeyd edilib.
Ramos hələ “Real”la yeni sözləşmə imzalamayıb. İspan müdafiəçinin “kral klubu” ilə müqaviləsi mövsümün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin