Ramos “Real”dan ayrılmaq istəyir
“Real”ın futbolçusu Serxio Ramos karyerasını Fransada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 34 yaşlı müdafiəçi PSJ-yə keçmək niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Ramos “Real” rəhbərliyi ilə yeni müqavilə danışıqlarında razılığa gələ bilmir. İspan müdafiəçi “kral klubu”ndan ayrılıb, PSJ-yə keçmək istəyir.
Ramosun “Real”la müqaviləsi bu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin