Serxio Ramosu cəza gözləyir – “Barselona” ilə oyunu buraxacaq?

“Real”ın futbolçusu Serxio Ramos cəzalandırıla bilər.

Komanda.az xəbər verir ki, La Liqanın 7-ci turunun “Atletiko” ilə oyununda (0:0) hakimi təhqir edən Ramosu cəza gözləyir. Bu barədə İspaniyanın “Diario Sport” nəşri məlumat yayıb.

Xəbərdə, “Atletiko” – “Real” matçında Ramosun yan xətt hakimini təhqir etdiyi və bu səbəbdən, ən azı 4 oyunluq cəzalanacağı bildirilib.

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “kral klubu”nun kapitanını cəzalandıracağı halda, o, “Real”ın 10-cu turda “Barselona” ilə qarşılaşacağı oyunda iştirak etməyəcək.

“Barselona” – “Real” matçı oktyabrın 26-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button