“Real”dan ayrılmaq istəmir – ispan futbolçu
“Real”ın futbolçusu Naço Fernandes klubla müqaviləsini yeniləmək istəyir.
Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi daha bir neçə il Madrid klubunda qalmaq niyyətindədir. Bu barədə AS nəşri məlumat yayıb. Naço bu mövsüm az şans qazanmasına baxmayaraq, “Real”dan ayrılmaq istəmir.
İspan müdafiəçinin klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir. Naço bu mövsüm La Liqada 15 oyuna çıxıb. Müdafiəçi ilə İngiltərənin “Liverpul”, İtaliyanın “Yuventus” və “Roma” klubları maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin