“Real”ın Endriklə bağlı planı baş tutmayıb

“Real” braziliyalı hücumçusu Endriki 2025/26 mövsümü üçün “Real Sosyedad”a icarəyə göndərməyi planlaşdırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu plan Klublararası dünya çempionatı zamanı razılaşdırılıb.

“Real” rəhbərliyi Endrikin La Liqada müntəzəm oyun praktikası əldə etməsi üçün onu yüksək səviyyəli kluba icarəyə vermək niyyətində olub. Ancaq plan baş tutmayıb. Səbəb isə Endrikin bud nahiyəsindəki zədəsinin yenidən təkrarlanması olub. Bildirilir ki, 19 yaşlı futbolçu bu zədəyə planlaşdırılan icarədən bir neçə gün əvvəl məruz qalıb və təxminən 8–10 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bütün bunların fonunda Endrikin qarşıdakı mövsümdə “Real”da qalacağı demək olar ki, dəqiqləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button