UEFA Ançelottiyə xəbərdarlıq etdi: İmtahan ver!

“Real”ın çalışdırıcısı Karlo Ançelottinin məşqçilik lisenziyasının müddəti başa çatıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssisin lisenziyasının müddəti 2021-ci il, 31 dekabrda başa çatıb.

UEFA Ançelottidən məşqçilik imtahanından keçməsini tələb edir. Futbol qurumu 63 yaşlı mütəxəssisə məsələ ilə bağlı xəbərdarlıq məktubu da göndərib.

Ançelotti hazırda “Real”da baş məşqçilik edir. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button