Ançelotti “Real”ın Çempionlar Liqasındakı hədəfindən danışdı
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasındakı hədəflərindən danışıb.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, italyan mütəxəssis, turnirdəki şansları haqda bunları söyləyib:
“Biz hər komanda ilə mübarizə apara bilərik. Çempionlar Liqasını qazanmaq istəyirsizsə, ən yaxşılarına qalib gəlməlisiz. Titulu qazanacağıqmı? Bilmirəm. Əsas düşüncəmiz hər oyuna yaxşı hazırlaşmaq və rəqabət aparmaqdır. Hədəfimiz qazanmaqdır, amma çətin olacaq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin