“Bu, mövsümün ən pis oyunu idi” – Zidan
“Real”ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının 27-ci turunda “Betis”ə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız mütəxəssis, 1:2 hesabıyla bitən görüşü belə şərh edib:
“Açığı, bu oyunda məğlubiyyətə layiq idik. Çox səhvlər etdik. Komanda bütün komponentlərdə lazım olan səviyyədə deyildi. Bu, mövsümün ən pis oyunu idi. Daha çox enerjiyə, topa sahib olmağa, aqressivliyə ehtiyacımız var. Bu nəticəyə görə futbolçularımı günahlandırmayacam. Çünki mən də onlarla bir “gəmi”dəyəm. Çempionluq üçün sona qədər mübarizə aparacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin