Ançelotti: “Həyatda uduzmaqdan daha pis şeylər var”
“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 10-cu turunda “Barselona”ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, italyan mütəxəssis, matçla bağlı bunları söyləyib:
“Komandada narahatlığın olması normaldır. Bəzən bu, qorxuya da çevrilir. Bunlar yaxşı hisslərdir. Qorxmursuzsa, bir aslanın pişik olduğunu düşünməyə başlayırsız. Qorxu yaxşı hissdir.
Əsas olan inamdır. Məncə, texniki və fiziki keyfiyyətlərə sahib olan yaxşı komandam var.
Bəzən oyundan əvvəl, bəzən oyun zamanı, bəzən də oyundan sonra qorxmağa başlayırsan. Qeyd etdiyim kimi, qorxu yaxşıdır, pis deyil. Mən heç vaxt oyundan əvvəl qorxu hissi yaşamamışam. Həyatda uduzmaqdan daha pis şeylər var.
“Kamp Nou”da qələbə qazanmağın vaxtıdır. Qələbə – üç xaldır. Çempion olmaq istəyiriksə, “Barselona”nı məğlub etməyimiz kifayət deyil. Bütün komandaları üstələməliyik”.
Bu gün keçiriləcək “Barselona” – “Real” matçı saat 18:15-də başlayacaq.
Bizi Facebook-da izləyin