Ançelottinin niyyəti
“Real”ın baş məşqçisi Karlo Ançelotti İtaliya milli komandasında işləməkdə maraqlı deyil.
Komanda.az xəbər verir ki, italyan mütəxəssis bu barədə İspaniya mətbuatına açıqlamasında deyib. O, gündəlik işləməyi sevdiyini söyləyib:
“İtaliya millisində işləmək? Gündəlik işi sevirəm. Milli komandada çalışmaq niyyətində deyiləm. Bu, mənə maraqlı deyil”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin