“Real”ın Ançelottidən sonrakı planı

“Real” klubu baş məşqçi Karlo Ançelottini əvəzləyəcəksə, Yoahim Lövə müraciət etməyə hazırdır.

Komanda.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

62 yaşlı alman mütəxəssis 2006-2021-ci illərdə Almaniya millisinin baş məşqçisi olub. Onun rəhbərliyi altında almanlar 2014-cü ildə dünya çempionu olub.

63 yaşlı Ançelotti ilk dəfə 2013-cü ilin yayında “Real”a keçib və iki mövsüm komandaya rəhbərlik edib. O, 2021-ci ilin iyul ayında yenidən “kral klubu”nda fəaliyyətə başlayıb. Tərəflər arasında müqavilənin müddəti 2024-cü ildə başa çatır. “Real” Ançelotti ilə 8 kubok, o cümlədən 2 dəfə Çempionlar Liqasını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button