“Real”dan Modriçə təklif

“Real” yay transfer pəncərəsində futbolçusu Luka Modriçlə yollarını ayırdı. Xorvatiyalı yarımmüdafiəçi “Milan”a keçdi.

Buna baxmayaraq, “kral klubu” Modriçin karyerasının bitməsindən sonra onu yenidən Madridə qaytarmaq niyyətindədir.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, “Real”ın prezidenti Florentino Peres bir neçə gün öncə Modriçlə görüşərək, ona klubun akademiyasında məşqçi kimi fəaliyyət göstərməyi təklif edib.

38 yaşlı futbolçu 13 il ərzində “Real”ın heyətində çıxış edərək, 4 dəfə La Liqa çempionu olub, 6 dəfə isə UEFA Çempionlar Liqasını qazanıb. O, 2018-ci ildə “qızıl top” mükafatına layiq görülərək, dünyanın ən yaxşı futbolçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button