“Real”da itki: Çempionlar Liqası matçında olmayacaq

İspaniya kubokunun yarımfinal mərhələsi çərçivəsində, “Barselona” ilə matçda (1:1) zədələnən “Real”ın yarımmüdafiəçisi Markos Llorentenin durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, 23 yaşlı futbolçu bir ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Barselona” – “Real” matçının 63-cü dəqiqəsində zədələnən Llorente, Kazemiroyla əvəzlənmişdi.

Llorente “Real”ın Çempionlar Liqasında “Ayaks”la qarşılaşacağı ilk matçda iştirak edə bilməyəcək.

“Ayaks” – “Real” matçı fevralın 13-də keçiriləcək və saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button