“Real”da “Barselona” ilə oyundan əvvəl ciddi itki

“Real” UEFA Çempionlar Liqasında Dortmund “Borussiya”sına 5:2 hesabı ilə qalib gəlib.

Karlo Ançelottinin komandası indi həftə sonu keçiriləcək “el klasiko”ya hazırlaşacaq. “Real” oktyabrın 26-da “Santyaqo Bernabeu”da “Barselona”nı qəbul edəcək.

Komanda.az “kral klubu”nun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın qapıçısı Tibo Kurtua “Borussiya” ilə dünən keçirilən matçda zədələnib. Belçikalı futbolçuya sol ayağının əlavə əzələsinin xəsarət alması diaqnozu qoyulub. Onun bərpa müddəti dəqiqləşməyib. Belə ki, Kurtuanın “Barsa” ilə La Liqa çərçivəsində keçirəcəkləri matçı buraxacağı aydındır. Belə olan halda, qapını ukraynalı qolkiper Andrey Lunin qoruyacaq.

Daha əvvəl “Real”ın hücumçusu Rodriqonun da “el klasiko”nu buraxacağı bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button