“Real”da yeni müqavilə
“Real” futbolçusu Federiko Valverde ilə müqaviləni uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Madrid təmsilçisi 25 yaşlı yarrımmüdafiəçi ilə 2029-cu ilə qədər olan sözləşmə imzalayıb.
Valverde 2016-cı ildə “Real”a “Penyarol”dan keçib. “Kral klubu” Valverde üçün təxminən 5 milyon avro ödəyib. O, “Real”la iki dəfə İspaniya çempionu olub, ölkə kubokunu və superkubokunu, həmçinin Çempionlar Liqasını qazanıb. Bu mövsüm uruqvaylı yarımmüdafiəçi La Liqada 12 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin