“Real”ın “qara günlər”i
“Real” İspaniya La Liqasında cari mövsümdə ən pis dövrünü yaşayır.
Komanda.az xəbər verir ki, “kral klubu” son 5 liqa matçının 3-də xal itirib: “Valensiya”, “Atletiko” və “Rayo Valyekano” ilə heç-heçə edib. Bundan əvvəl “Real” bütün mövsümdə cəmi üç dəfə heç-heçə edib.
Lakin xal itirən “Real”ın ən yaxın izləyiciləri də bu xal itkisindən yararlana bilməyib. Nəticədə, ikinci pillədə qərarlaşan “Jirona” ilə 7, üçüncü pillədə qərarlaşan “Barselona” ilə isə 8 xallıq fərq var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin