
“Real” yeni kapitan seçib
“Real”da müdafiəçi Naço Fernandesin ayrılacağı təqdirdə, kimin komandanın kapitanı olacağına qərar verilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kapitan sarğısı xorvatiyalı yarımmüdafiəçi Luka Modriçə keçəcək. Dani Karvahal “kral klubu”nun vitse-kapitanı olacaq. Üçüncü seçim isə Lukas Vaskesdir.
Daha əvvəl mətbuatda 34 yaşlı Naçonun Madrid nəhəngindən ayrıla biləcəyi haqda xəbərlər yayılmışdı. Onun karyerasını Səudiyyə Ərəbistanı çempionatında və MLS-də davam etdirmək variantları var.
Naço 2012-ci ildən “Real”da çıxış edir. Tərəflər arasında müqavilə iyunun sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin