“Real” Vinisiusla vidalaşacaq

“Real” futbolçularından biri ilə yollarını ayıracaq.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Vinisius Tobias “kral klubu”nun sıralarını tərk edəcək.

20 yaşlı futbolçu iki mövsüm Madrid klubunda keçirib. O, “Şaxtyor”dan icarəyə götürülüb. İspaniya çempionunun Vinisiusu 10 milyon avroya almaq imkanı olsa da, rəhbərlik bu variantdan imtina etmək qərarına gəlib.

Vinisius “Real”ın əsas komandasında yalnız bir oyun keçirib. Braziliyalı futbolçu ikinci komandada 61 oyunda 14 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button