“Real” onu saxlamaq qərarı verdi
İspaniyanın “Real” klubu son iki mövsümü icarə əsasında “Bavariya”da keçirdikdən sonra geri qayıdan Xames Rodriqeslə bağlı yeni qərar verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”, “Napoli” və “Atletiko”nun transfer hədəfində olan kolumbiyalı futbolçunu heyətdə saxlamaq qərarına gəlib. Komandanın digər yarımmüdafiəçisi Marko Asensionun uzun müddətə zədələnməsi və Qaret Beylin klubdan ayrılmaq üzrə olması “Real”ın bu qərarı verməsinə səbəb olub.
27 yaşlı Xames, geridə qalan mövsümdə iştirak etdiyi 28 oyunda 7 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin