“Real” onu icarəyə göndərmək istəmir

“Real” braziliyalı vingeri Rodriqonu icarəyə göndərmək niyyətində deyil.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, baş məşqçi Xabi Alonso növbəti mövsümdə hücum xəttində əsas etibarı Kilian Mbappe və Vinisius Juniora göstərəcək ki, bu da Rodriqonun daim əsas heyətdə oynamasına əngəl yarada bilər.

24 yaşlı futbolçu özü də klubdan ayrılmaq istəmir. Buna görə də, onun üçün ən məqbul variant icarə sayıla bilərdi, ancaq “kral klubu” bu seçimi gündəmə gətirmir.

Rodriqonu icarəyə götürmək istəyən əsas namizədlərdən biri “Arsenal” idi. Ancaq “Real” rəhbərliyi bu məsələyə qapını tam bağlayıb. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button