“Real” “Mançester Yunayted”i məğlub etdi

“Real” yoldaşlıq matçında “Mançester Yunayted”i 2:0 hesabı ilə məğlub edib. Görüş Hyustondakı “NRG” stadionunda keçirilib.

Komanda.az xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi Çud Bellingem görüşün 6-cı dəqiqəsində “qırmızı şeytanlar”da debüt görüşünə çıxan qapıçı Andre Onananı məyus edərək, hesabı açıb.

İkinci hissənin sonunda “kral klubu” 62-ci dəqiqədə əvəzlənərək meydana daxil olan Xoselunun qolu sayəsində fərqi ikiyə çatdırıb.

Növbəti yoldaşlıq oyununda “Real” “Barselona” ilə (30 iyul), “Mançester Yunayted” isə Dortmund “Borussiya”sı ilə (31 iyul) qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button