“Real” “Mançester Siti”ni “dağıdacaq” – La Liqanın prezidenti belə düşünür
İspaniya La Liqasının prezidenti Xavyer Tebas UEFA Çempionlar Liqasının “Real” – “Mançester Siti” matçı ilə bağlı təəssüratlarını bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Tebas, Madrid klubunun səfər matçlarında uğurlu çıxış etdiyini xatırladıb:
“Super matç, çox maraqlı və gözlədiyimiz kimi oyun. Düşünürəm ki, “Real” daha çox şeyə layiq idi, lakin belə turnirlərdə təkcə bir matçda daha yaxşı oynamaq bəs etmur.
“Real” Çempionlar Liqasının səfər matçlarında dağıdıcı olduğunu göstərib. Oyunun taleyinə Mançesterdə aydınlıq gələcək”.
“Santyaqo Bernabeu”da keçirilən Çempionlar Liqasının ilk yarımfinal oyununda “Real” və “Mançester Siti” heç-heçə edib (1:1).
“Real”la MS arasında cavab oyunu mayın 17-də keçiriləcək.
Bizi Facebook-da izləyin