“Real” qapıçısı ilə yeni müqavilə imzalayacaq

“Real” Tibo Kurtuanın zədəsi səbəbindən keçən mövsümdə əsas qapıçısı olan Andrey Luninin potensialına inanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir, “kral klubu” ukraynalı futbolçuya güvənir, ona görə də, tərəflər yeni müqavilə imzalamağa yaxındırlar.

Luninin “Real”la hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Madridlilər onu azad agent kimi itirmək istəmirlər.

25 yaşlı qolkiper ötən yay karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirirdi, lakin sonda “Real”da “ikinci nömrə” olaraq qalmağa qərar verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button