“Real” fransalı müdafiəçi üçün hərəkətə keçir

“Real” “Liverpul”un müdafiəçisi İbrahima Konatenin transferi üçün hərəkətə keçə bilər.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, “kral klubu” fransalı futbolçunu yay transfer pəncərəsinin son günlərində almağı planlaşdırır.

Hazırda “Liverpul” Mark Quehi və Covanni Leoninin transferləri üzərində işləyir. Hər iki oyunçu ilə müqavilə imzalanarsa, Konatenin yaxın həftələrdə Madridə keçidi mümkündür.

26 yaşlı futbolçu artıq “Real”da oynamağa razılıq verib. O, bu yay yeni kluba keçə bilər, ancaq müqaviləsinin müddətinin bitəcəyi gələn ilə qədər gözləmək ehtimalı da var.

Madrid klubu Konate üçün maksimum 25 milyon avro təklif edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button