“Real” fransalı müdafiəçi üçün təklif göndərə bilər – Tezliklə

“Liverpul”un müdafiəçisi İbrahima Konate bu yay “Real”a keçə bilər.

Daha əvvəl “kral klubu”nun fransalı futbolçunu azad agent kimi almaq üçün gələn ilə qədər gözləməyə hazır olduğu bildirilirdi.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, madridlilərin planları dəyişə bilər: onlar çox güman ki, yaxın günlərdə 26 yaşlı futbolçu üçün “Liverpul”a transfer təklifi edəcək.

“Real” qərara alıb ki, komandaya başqa bir mərkəz müdafiəçisi lazımdır, ona görə də, Konatenin transferi çox tezliklə baş verə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button