“Real” yayda onu sata bilər
“Real” klubu yayda futbolçusu Vinisius Junioru sata bilər.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, Madrid klubunun məşqçilər korpusunun 20 yaşlı hücumçunun çıxışından razı olmadığı bildirilir.
“Real” Vinisiusu ən azı 40 milyon avroya satmaq istəyir.
Braziliya yığmasına da dəvət alan futbolçu bu mövsüm “Real”da 25 oyunda 3 qol vurub, eyni sayda da məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin