
“Real” keçmiş oyunçusunu geri qaytarmaq istəyir
“Real” yay transfer pəncərəsi üçün “Milan” və Fransa yığmasının müdafiəçisi Teo Hernandesi hədəfə alıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, Madrid klubu fransalı futbolçunu Ferlan Mendinin mümkün gedişinə əvəzləyici kimi nəzərdən keçirir.
Teo Hernandes əvvəllər də “Real”ın heyətində çıxış edib. O, 2017–2019-cu illər arasında “kral klubu”nun şərəfini qoruyub. Hazırda onun transfer dəyəri təxminən 40 milyon avro qiymətləndirilir.
27 yaşlı oyunçunun “Milan”la müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir. O, cari mövsümdə 46 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin