
Ançelotti “Real”dakı son mövsümünü yada saldı
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Real”a rəhbərlik etdiyi vaxtı xatırladıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, Madrid klubunun 2024/25 mövsümündəki uğursuzluqlarından danışıb:
“Keçən mövsüm çətin keçdi, istədiyimiz nəticəni əldə edə bilmədik. Müdafiədə çoxlu zədə aldıq və vahid heyət toplamaqda çətinlik çəkdik. Militao, Rüdiger, Alaba, Mendi, Karvahal və çoxlu başqa futbolçu zədələndi. Bəzi matçlarda cəmi iki müdafiəçi ilə oynadıq, onlardan biri komandaya yeni qoşulmuş Raul Asensio idi”.
“Real” 2024/25 mövsümündə nə ölkə daxilində, nə də Çempionlar Liqasında heç bir kubok qazana bilməyib. May ayında Ançelotti postunu tərk edərək, Braziliya millisinin başına keçib və onu Xabi Alonso əvəz edib.
Bizi Facebook-da izləyin



