“Ümid edirəm ki, zədəm çox da ciddi olmayacaq” – “Real”ın futbolçusu

“Real”ın hücumçusu Rodriqo UEFA Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə matçda (5:2) aldığı zədədən danışıb.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında zədəsinin çox da ciddi olmayacağına ümid etdiyini bildirib:

“Sevgi və dəstək sözlərinə görə təşəkkür edirəm! Sabah (bu gün) müayinədən keçməliyəm. Ümid edirəm ki, zədəm çox da ciddi olmayacaq”.

23 yaşlı futbolçu 85-ci dəqiqədə əvəzlənib. Rodriqonun bud nahiyəsindən aldığı zədə səbəbindən La Liqa çərçivəsində bu həftə sonu keçiriləcək “Barselona” ilə oyunu buraxma ehtimalı yüksəkdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button