“Real” dünyanın ən böyük tarixi olan, ən böyük klubudur” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti çalışdırdığı klubun böyüklüyündən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, özünün futboldakı yeni tendensiyalara uyğunlaşmasından söz açıb:
“Futbol dəyişib, dəyişir və dəyişməyə davam edəcək. İntensivlik, qaydalar, təlim və metodologiya. Bu, 90-cı illərdəkindən fərqli idman növüdür. Futbolçular əvvəlkindən daha peşəkardır. 30 illik futboldan sonra yeni reallığa yaxşı uyğunlaşıram.
Bu klubda çalışanlar özlərini böyük bir ailədə yaşadıqları kimi hiss edirlər. Bu, azarkeşlərin böyük sevgisində özünü göstərir. Ailə mühitində işləmək sizə nəticələr əldə etməyə və ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmağa kömək edir. Bu, dünyanın ən böyük tarixi olan, ən böyük klubudur. Amma vurğulayıram ki, klubda ailə ab-havası hökm sürür”.
Bizi Facebook-da izləyin