Raula çatdı, Levandovskiyə yaxınlaşdı
“Real” Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında “Çelsi” ilə qollu bərabərə qalıb.
Komanda.az xəbər verir ki, 1:1 hesabıyla bitən qarşılaşmada Madrid komandasının yeganə qolunu vuran Kərim Benzema turnirdə vurduğu qolların sayını 71-ə çatdırıb.
Fransalı hücumçu Çempionlar Liqasında ən çox qol vuran futbolçular siyahısında 4-cü pillədə yer alan Raul Qonsalesə çatıb. “Real”ın keçmiş hücumçusu Raul da ÇL-də 71 qol vurub.
Çempionlar Liqasında ən çox qol vuran futbolçu hazırda “Yuventus”da çıxış edən Kriştiano Ronaldodur. Portuqaliyalı hücumçunun aktivində 134 qol var. “Barselona”nın futbolçusu Lionel Messi 120 qolla 2-ci, “Bavariya”nın hücumçusu Robert Levandovski isə 73 qolla 3-cü sırada yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin