“Real” bu turnirin kralıdır” – Qvardiola

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Real”la qarşılaşacaq “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, zədəli futbolçusu Rahim Sterlinqin vəziyyəti ilə bağlı danışan ispan mütəxəssis, oyun haqqında da fikirlərini bildirib:

“Real” bu turnirin kralıdır. Hər şeydən vacibi yaxşı oyun göstərməyimizdir. Güclü olmalı və səviyyəmizi göstərməliyik. Təbii ki, şansa da ehtiyacımız var. Oyun planında kifayət qədər diqqətli olmalıyıq. Komandadakı hər bir futbolçu Çempionlar Liqasının qalibi olmağımızın vacibliyini bilir.

Sterlinq yaxşı vəziyyətdədir. Fiziki vəziyyəti və sağalması inanılmazdır. Həkim sağalma vaxtının daha uzun ola biləcəyini dedi, amma Rahim zədədən 15 gün sonra oynamaq istədi.

Zinəddin Zidanın Avropada etdikləri təkrarolunmazdır. “Real”la meydandan kənarda rəqabət aparmaq inanılmazdır”.

“Real” – “Mançester Siti” oyunu bu gün, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button