“Real” Beyllə bağlı qərarını verdi
Yay transfer dövründə Kriştiano Ronaldonu “Yuventus”a göndərən “Real”, daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” Qaret Beyli cari mövsümün sonunda satmaq qərarını verib. Buna əsas səbəb kimi, Ronaldonun ayrılmasından sonra uelsli futbolçunun gözlənilən oyunu sərgiləməməsi göstərilir.
Onunla “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” kimi klubların maraqlandığı bildirilir.
Beylin “Real”la müqaviləsi 2022-ci ildə başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin