“Barselona”nın finaldakı rəqibi bəlli oldu
Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə “Real” “Barselona” ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınmışdı – 1:1.
“Santyaqo Bernabeu” stadionunda keçirilən cavab görüşündə isə Kataloniya təmsilçisi darmadağına imza ataraq finala yüksəlib.
Digər yarımfinal görüşü “Valensiya” ilə “Betis” arasında baş tutub. Tərəflər arasındakı ilk oyunda məhsuldar heç-heçə qeydə alınmışdı. Cavab görüşündə isə “Valensiya” minimal hesabla qalib gələrək finala yüksəlib.
Beləliklə, mayın 25-də keçiriləcək final matçında “Valensiya” ilə “Barselona” üz-üzə gələcək.
İspaniya kuboku, yarımfinal, cavab oyunları
27 fevral
Real – Barselona 0:3
Qol: L.Suares, 50; 73-pen. Varan, 69-öz qapısına.
(İlk oyun 1:1).
28 fevral
Valensiya – Betis 1:0
Qol: Rodriqo, 56.
(İlk oyun 2:2)
Bizi Facebook-da izləyin