“Real” rəhbərliyi Ançelottinin köməkçisindən narazıdır
“Real” rəhbərliyi baş məşqçi Karlo Ançelottinin məşqçilər heyətinin üzvlərindən birinin işindən narazıdır.
Komanda.az xəbər verir ki, bu barədə “Athletic” nəşri məlumat yayıb.
Zədəli oyunçuların sayının çox olması klubda narahatlıqların artmasına səbəb olub. Komanda daxilində fiziki hazırlıq üzrə məşqçi Antonio Pintusun işindən narazılıqlarını bildirirlər.
“Real” oyunçuların hazırlanması üsullarını köhnəlmiş hesab edir. Madrid klubu 9 futbolçusundan zədə səbəbindən istifadə edə bilməyəcək.
“Kral klubu” İspaniya La Liqasının turnir cədvəlində lider “Barselona”dan 6 xal geri qalaraq, 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin