“Real” 3 müdafiəçi arasında seçim edir

“Real” yeni mərkəz müdafiəçisi axtarışını davam etdirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun qısa siyahısında üç futbolçunun adı yer alır: “Bornmut”dan Din Heysen, “Arsenal”dan Vilyam Saliba və “Liverpul”dan İbrahima Konate.

Heysenin transfer qiyməti 60 milyon avro təşkil edir və futbolçu özü də “Real”a keçidi səbirsizliklə gözləyir.

Salibanın transferi isə klubun gələcək üçün arzuladığı addım hesab olunur, ancaq hazırda bu oyunçunun qiyməti çox yüksəkdir.

“Real” La Liqada 35 turdan sonra 75 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button