Narazıdır – “Real”dan ayrılmaq istəyir

“Real”ın yarımmüdafiəçisi Paulo Yaqo Madrid klubunu tərk edə bilər.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, yeniyetmə futbolçu klubdakı mövqeyindən narazıdır və karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirir. Onunla Almaniya, Fransa, İngiltərə və İspaniya klublarının maraqlandığı bildirilir.

Yaqo 2023-cü ilin iyulundan “Real”ın gənclər komandasında çıxış edir. O, nə əsas, nə də əvəzedici heyətdə bir oyun belə keçirməyib. Yarımmüdafiəçinin “Real”la müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button