AÇ-2024: “Bu oyunçu olmadan İngiltərə millisinin nə edəcəyini bilmirəm”

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand İngiltərə millisinin ən vacib oyunçusunun adını açıqlayıb.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Deklan Rays həmişə sabit oynayır. Bu oyunçu olmadan İngiltərə millisinin nə edəcəyini bilmirəm. Onu indiki heyətdə kim əvəz edə bilər?”

İngiltərə yığması 2024-cü il Avropa çempionatının finalına yüksəlib. Almaniyada keçirilən turnirin həlledici oyununda Qaret Sautqeytin yetirmələri İspaniya yığması ilə qarşılaşacaq. Görüş Berlindəki stadionda, bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button