“Rauf, hardasan? Allah bəlanı versin” – Azarkeşlər ayağa qalxdı
Azərbaycanlı iş adamı Rauf İsmayılovun rəhbərlik etdiyi Türkiyənin “Darıca Gənclərbirliyi” klubunda vəziyyət qarışıqdır.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Darıca Gənclərbirliyi” mübarizə apardığı 2-ci liqanın “qırmızı qrup”unun 18-ci turunda “Tokatspor”a 0:4 hesabı ilə məğlub olub. Bununla da, komanda 12-ci sıraya düşüb. Bu isə klubun azarkeşlərinin ayağa qalxmasına səbəb olub. Fanatlar axşam saatlarında klubun bazasının önündə yığışaraq, “Rauf, hardasan? Allah bəlanı versin” şüarları səsləndirərək, etirazlarını bildiriblər. Azarkeşləri bazanın yanında polislər uzaqlaşdırıb.
“Darıca Gənclərbirliyi”nin azarkeş qrupunun rəhbəri Hasan Zəngin klubun Rauf İsmayılova satılmasına və son turlardakı uğursuz nəticələrə etiraz etdiklərini bildirib. O, futbolçulara məvacib ödənilmədiyini, komandanın dağılmaq həddinə çatdığını, İsmayılovun klubu almaq üçün ödədiyi 1 milyon 200 min lirə pulu da götürüb klubdan getməsini istədiklərini deyib.
İsmayılov “Darıca Gənclərbirliyi”ni ötən ilin noyabrında alıb. Komandanın “sükanı arxasında” “Neftçi”nin sabiq məşqçisi Asim İbrahimovdur.
Rauf İsmayılov Rusiyada fəaliyyət göstərən “Simurq Turizm” şirkətinin rəhbəridir.
Bizi Facebook-da izləyin