Serxio Ramos “Real”ın futbolçularına səsləndi

“Real”ın sabiq kapitanı və hazırda Meksikanın “Monterrey” klubunda çıxış edən müdafiəçi Serxio Ramos UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticələrini şərh edib.

“Kral klubu” turnirin bu mərhələsində “Atletiko” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, ispaniyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında “Real”ın oyunçularına səslənib:

“Uşaqlar, bu çox asandır. Biz artıq bunun üzərindən keçmişik və bunu etmişik”.

Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları mart ayının ilk yarısında baş tutacaq. “Real” mötəbər turnirin hazırkı qalibidir. Karlo Ançelottinin yetirmələri ötən mövsümün finalında Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button