Rahil Məmmədovun komandası darmadağına üzüldü
Polşa çempionatında 26-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə lider “Yagelloniya” ilə qarşılaşıb və ağır məğlubiyyətə üzülüb – 0:6.
Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.
LKS hazırda 17 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin