“Rahat şəkildə qalib gələ bilərdik” – Tərlan Əhmədov

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 8-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu gün komandaların ifasında maraqlı oyun gördük. Komandamdan yaxşı oyun gözləyirdim. Turnir cədvəlindəki vəziyyətlə bağlı təzyiq var idi. İki autsayder komanda görüşürdü. Təzyiqə baxmayaraq, komanda çox əla oyun nümayiş etdirdi. Ümid verdi ki, gələcəkdə daha yaxşı nəticələr qazanmaq olar. Bu gün qol epizodlarımız oldu. Rahat şəkildə qalib gələ bilərdik. Görünən odur ki, komandanın özündə təzyiq çoxdur. Hiss etdiyim qədər futbolçular özlərinə və komanda yoldaşlarına o qədər də inanmırlar. Amma yavaş-yavaş bunlar yoluna düşəcək. Altı məğlubiyyətdən sonra komandanı toparlamaq çox çətindir. Yavaş-yavaş bu işin öhdəsindən klub olaraq gəlirik. Klub rəhbərliyi komanda üçün böyük işlər görür. Komanda meydanda mübarizə aparır, güc sərf edir. Meydanda diqtə edən tərəf biz idik. Çalışırdıq ki, topa daha çox nəzarət edək, rəqibi oyundan çıxaraq. Hələ ki, o soyuqqanlılıq yoxdur ki, epizodları düzgün dəyərləndirək. Futbolçularımı təbrik edirəm. Qısa müddətdə komanda bu səviyyəyə gəlib çatıbsa, hər halda gələcəkdə bunun daha yaxşısı gözlənilir. Samir Abbasova da yeni işində uğurlar arzulayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button