Azarkeşlərə görə 21 min avro cərimə kəsildi, futbolçu “mən ödəyəcəm” dedi

“Barselona”nın vingeri Rafinya klubun azarkeşlərinə görə kəsilmiş 21 min avro cəriməni özü ödəmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi öz təşəbbüsünü Kataloniya klubunun prezidenti Xuan Laportaya bildirib.

Cərimə komandanın oyunları zamanı azarkeşlər tərəfindən qayda pozuntularına görə tətbiq edilib.

Rafinya İspaniya çempionatının cari mövsümündə 21 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button