Rafinya: “Qızıl top” haqqında düşünmürəm”

“Barselona”nın hücumçusu Rafinya Dias “qızıl top”u qazanmağı prioritet hesab etmir.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu “qızıl top” haqqında düşünmədiyini bildirib:

“Qızıl top” haqqında düşünmürəm. Bu, qarşıma qoyduğum məqsəd deyil. Amma onu qazansam, bu, klubum və ölkəmin milli komandası üçün əməyim sayəsində olacaq. Məqsədim komanda ilə kuboklar qazanmaqdır. Fərdi mükafatlar gözləməli olacaq, amma baş tutmasa da, eybi yoxdur”.

“Qızıl top”a əsas namizəd PSJ-nin hücumçusu Osman Dembeledir. Bu sıralamada “Barselona”nın vingeri Lamin Yamal 2-ci, Rafinya isə 3-cüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button