
Laporta: “Rafinya özünü “Barselona”nın kapitanı kimi təsdiqlədi”
“Barselona”nın prezidenti Xuan Laporta komandanın vingeri Rafinyanın bu mövsüm uğuruna təəccüblənmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, baş məşqçi Hans-Diter Flikin Rafinya ilə etdiklərinin inanılmaz olduğunu söyləyib:
“Rafinya sizi təəccübləndirdi? Onun istedadından xəbərimiz var idi. Amma hər kəsin öz uyğunlaşma dövrü var və bəzi oyunçuların daha çox vaxta ehtiyacı olur. Hans-Diter Flikin Rafinya ilə etdikləri inanılmazdır və o, özünü bu komandanın kapitanı kimi təsdiqlədi. Rafinya həm də şəhərdə özünü çox rahat hiss edir. Onun müqaviləsini yeniləmək qarşıdakı günlərdə və həftələrdə həll etməli olacağımız vacib məsələlərdən biridir. Müqaviləsinin bitməsinə bir il qalmış heç bir futbolçunu itirmək istəmirik. Biz onların daha uzun illər burada qalmasını istəyirik, çünki onlar buna layiqdirlər və klub bu qalib heyəti saxlamaqda maraqlıdır”.
28 yaşlı Rafinya bu mövsüm La Liqada 35 oyun keçirib, 18 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin